atatv.az
atatv.az

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

9-12-2019, 19:02

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar paytaxt Bakıda quraşdırılacaq ən böyük Yeni il yolkasının qurulacağı yer məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumata görə, Bakının müxtəlif yerlərində yolkalar quraşdırılacaq: "Rayon icra hakimiyyətləri tərəfindən yeni il yolkaları Bakıdakı park və istirahət mərkəzlərində quraşdırılacaq. Bakının ən böyük yolkası isə bu dəfə Azneft dairəsində qurulacaq. Həmin yolkanın hündürlüyü 34 metr olacaq. Yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək".

Xatırladaq ki. ötən il Bakının ən böyük yeni il yolkası paytaxtın Azadlıq meydanında quraşdırılmışdı. Yolkanın hündürlüyü 37 metr diametri isə 16 metr idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031