atatv.az
atatv.az

Türkiyə XİN ABŞ Senatı Komitəsinin sanksiyası ilə bağlı BƏYANAT YAYDI

12-12-2019, 11:04

Türkiyə XİN ABŞ Senatı Komitəsinin sanksiyası ilə bağlı BƏYANAT YAYDI

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatı Beynəlxalq Əlaqələr Komitəsinin sanksiyasını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Türkiyə əleyhdarı olan məlum çevrələr tərəfindən dəstəklənən bu cür təşəbbüslər milli təhlükəsizliklə bağlı suveren qərarlara hörmətsizliyin yeni təzahürüdür.

Bəyanatda bu cür qərarların Türkiyə-ABŞ münasibətlərinə zərər verdiyi vurğulanıb.

“ABŞ Konqresini Türkiyə-ABŞ münasibətlərinə zərər verməyəcək konstruktiv davranış nümayiş etdirməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görə Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

Qanun layihəsində Suriyada hərbi əməliyyatda iştirak edən Türkiyə səlahiyyətlilərinə, xüsusilə Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər nəzərdə tutulur.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930