atatv.az
atatv.az

Rusiyadan Qarabağla bağlı VACİB AÇIQLAMA

12-12-2019, 15:52

Rusiyadan Qarabağla bağlı VACİB AÇIQLAMA

Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən ölkə olaraq Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin və münaqişəli vəziyyətin həlli xeyrinə dialoqun davam etdirilməsi üçün əlindən gələn yardımı edəcək.

Atatv.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərdəki fərq göz qabağındadır, əks halda, danışıqlar prosesi olmazdı: "Dialoqun konstruktiv şəkildə davam etməsi və tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik".

Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana bu yaxınlarda etdiyi səfəri şərh edən M.Zaxarova danışıqlardakı ab-havanın konstruktiv olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031