atatv.az
atatv.az

Britaniyanın Avropa İttifaqından çıxacağı tarix AÇIQLANDI

13-12-2019, 15:18

Britaniyanın Avropa İttifaqından çıxacağı tarix AÇIQLANDI

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərində qələbədən sonra Baş Nazir Boris Conson "Brexit"in gələn il yanvarın 31-dək baş tutacağına söz verib.

APA-nın "Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Baş Nazir bildirib ki, "Brexit” bəhanəsiz, "amma”, "bəlkə” və "əgər” olmadan qəti şəkildə reallaşdırılacaq.

"Avropa İttifaqını tərk etmək Böyük Britaniyaya öz valyutasını, immiqrasiya sistemini, sərhədlərini və qanunlarını məhz öz nəzarəti altına almağa imkan verəcək. Mənə səs verənlərin düzgün qərar verdiklərini sübut edəcəyəm”, - deyə B. Conson qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, B. Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 358 yer əldə edərək qalib gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031