atatv.az
atatv.az

Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

13-12-2019, 17:13

Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Qadın mərhumlar dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır. Bəziləri iddia edir ki, qadın kişidən ona görə dərinə basdırılır ki, torpağın altında da naməhrəmlərin gözündən qorunsun.

El arasında bunu da yarızarafat-yarıciddi söyləyirlər ki, qadınları dillərinə görə dərin basdırırlar.

Nə üçün qadınların qəbri, kişilərin məzarından daha dərin qazılır? Ümumiyyətlə İslam dinində qadının kişiyə nisbətən daha dərində basdırılması qəbul ediləndirmi?
İçərişəhər Cümə məscidinin imamı hacı Surxay Məmmədli Modern.az-a İslam dinində belə bir məqamın olmadığını vurğulayıb:

"Yəni dində ayrı-seçkilik yoxdur. Qadın və kişi dünyasını dəyişəndə hər ikisi Allahın rəhmətinə qovuşur. Bu məsələyə başqa bir aspektdən yanaşmaq düzgün deyil.

Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir. Qadınların dərin basdırılmasının başqa səbəbi var ki, bu da xoşagəlməz qoxuyla bağlıdır. Əsas səbəbi hədislərdə belə göstərilir:

"Qadınlar dəfn olunarkən, kişilərə nisbətən bədəndə çürümə gedən zaman daha çox pis qoxu gəlir”. Çünki qadının bədəni daha tez iylənir. Məhz bu əsas səbəb kimi götürülərək, kişilərlə müqayisədə dərində basırılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031