atatv.az
atatv.az

Qusarda kütləvi zəhərlənmənin TƏFƏRRÜATI məlum oldu - YENİLƏNİB

16-12-2019, 11:30

Qusarda kütləvi zəhərlənmənin TƏFƏRRÜATI məlum oldu - YENİLƏNİB

11:25

Qusar rayonunda kütləvi zəhərlənmə baş verib.

Qusar Rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya zəhərlənmə ilə bağlı bir gündə 11 nəfər müraciət edib. Onlardan 8 nəfərdə zəhərlənmə əlamətləri müşahidə olunub.

Məlumata görə, zəhərlənmə kənd ərazisində bitkilərin zərərvericilərə qarşı dərmanlanması nəticəsində baş verib. Dərmanlanmış göyərtidən hazırlanan qutabı yeyən bir ailənin səkkiz üzvü zəhərlənib. Digər ailə isə "Rollton" quru supundan zəhərlənməsi ehtimalı ilə xəstəxanaya gətirilsə də, həmin şəxslərdə əsasən infeksiya əlamətləri müşahidə edilib. Hər iki ailə müayinələrdən sonra evə buraxılıb.

Qeyd edək ki, dekabrın 15-i gecə saatlarında 11 nəfərlik iki ailə zəhərlənmə ilə müraciət edib. Onlarda 5 nəfər uşaq olmaqla, bir ailənin səkkiz üzvü, 3 nəfərlik isə digər ailə qidadan zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

---------

10:57

Qusar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib.

Atatv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da gecə saat 12 radələrində rayonun Qələcuq kəndində baş verib. Kənd sakinləri - 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar - 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.

Onlar Qusar rayon xəstəxanasına müraciət ediblər. Ailə üzvlərinin vəziyyətləri normaldır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930