atatv.az
atatv.az

“Klassiklər və müasirlər” adlı albom işıq üzü görüb

16-12-2019, 12:29

“Klassiklər və müasirlər” adlı albom işıq üzü görüb

Azərbaycan Aşıqlar Birliyinin hazırladığı aşıq havalarından ibarət “Klassiklər və müasirlər” adlı audio albom işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, albomda həm klassik ustad aşıqların lent yazılarına, həm də müasir aşıqların ifalarına yer ayrılıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bu ilin yazında Prezident İlham Əliyevin Aşıqlar Birliyinin inkişafı üçün ayırdığı maliyyə vəsaiti ilə hazırlanan albomda klassik ustad aşıqlardan Dədə Şəmşir, İslam Yusifov, Hüseyn Cavan, Əmrah Gülməmmədov, Şakir Hacıyev, Nabat Cavadova, İmran Həsənov, Hüseyn Saraçlı, Məmmədağa Babayev, Mikayıl Azaflı, İsfəndiyar Rüstəmov, Kamandar Əfəndiyev, Əkbər Cəfərov, Ədalət Nəsibov və Pənah Pənahovun repertuarlarından ən məşhur ifalarının yer aldığı audiodiskdə dövrümüzdə yaşayıb-yaradan tanınmış aşıqların ifasına da yer verilməsi həm də sənətdə varislik ənənəsinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, sənətsevərlər klassik ustadlarla yanaşı, Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı, Əhliman Şirvanlı və Samirə Əliyevanın, eləcə də Səlim Göyçəli, Əli Tapdıqoğlu, Qələndər Zeynalov, Altay Məmmədli, İlham Aslanbəyli, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Şaiq İncəli, Nəbi Nağıyev, Nazim Quliyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Avdı Musayev, Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında bir-birindən gözəl ifaları dinləyə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930