atatv.az
atatv.az

İslahatlar ili: 2019 necə yadda qaldı? - İCMAL

17-12-2019, 10:24

İslahatlar ili: 2019 necə yadda qaldı? - İCMAL

Artıq 2019-cu ilin tarixə qovuşmasına sayılı günlər qalıb.

Gəlin, birlikdə bu il ərzində vəzifəsindən azad edilən və yeni təyinatlarla bağlı məsələlərə nəzər salaq.

2019-cu ilin yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.


Oxu: Prezident AzTV-nin sədrini vəzifəsindən azad etdi
AzTV sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb. Bu ilin sentyabrın 4-də İlham Əliyevin sərəncamı ilə Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

İlin altıncı ayı da yaddaqalan hadisələrlə bağlı olub.

İyunun 20-də Prezident sərəncamı ilə Ramil Usubov Azərbaycanın Daxili İşlər naziri vəzifəsindən azad edilib və bu vəzifəyə Vilayət Eyvazov gətirilib.

Qeyd edək ki, R.Usubov 25 il bu postda xidmət edib.

Oxu: Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni yüksək vəzifəyə təyin olundu
Ölkə başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

İyun 20-də İlham Əliyevin sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Sənayesi naziri təyin olunub, DTX-nin rəisi vəzifəsinə isə Əli Nağı oğlu Nağıyev təyinat alıb.

Oktyabrın 8-də Milli Məclisin iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsinə baxılıb və məsələ səsə qoyularaq qəbul edilib. Bu vaxta qədər isə Baş nazir Novruz Məmmədov idi.

Oxu: Azərbaycanın yeni Baş naziri təsdiqləndi
N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu. O, vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə ərizə ilə müraciət edib.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir.

Dövlət başçısı oktyabrın 21-də yaşı 70-dən çox olan Azərbaycan Baş nazirinin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad edib. Hər iki vəzifəli şəxs ölkənin Baş nazirinin müavini vəzifəsindən azad edilməsi üçün ərizə ilə müraciət edib.

İ.Əliyevin oktyabrın 22-də Şahin Mustafayevin İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi və Baş Nazirin müavini təyin olunması ilə əlaqədar sərəncam imzalayıb.

Əli Həsənov və Hacıbala Abutalıbovdan sonra gələn ilin fevral ayında 86 yaşı tamam olacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib.

Oktyabrın 23-də İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Oxu: İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi
O, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsinə təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə isə Samir Nuriyev təyinat alıb.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək, İqtisadiyyat naziri təyin olunub.

Bu il bir sıra icra başçılarının işdən çıxarılması və yeni təyinatları da olub.

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev də istefa ərizəsi verənlər siyahısında olub.

Prezident oktyabrın 31-də Ş.Xanbabayevin icra başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Noyabrın 29-da Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb. Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.

Qeyd edək ki, keçmiş İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın da 81 yaşı var.

Eyni zamanda, qeyd etməliyik ki, bu gün hökumətdə və digər dövlət qurumlarında hələ 70 yaşdan yuxarı məmurlar var.

Oxu: Prezident Əli Həsənovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
Noyabrın 29-da İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu təsdiq olunub.

Həmin strukturla bu linkdə tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031