atatv.az
atatv.az

Tanınmış biznes-ledidən Hicran Hüseynovanın ünvanına sərt sözlər

17-12-2019, 14:30

Tanınmış biznes-ledidən Hicran Hüseynovanın ünvanına sərt sözlər

Tanınmış biznes-ledi, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini sərt tənqid edib.

Axşam.az-ın məlumatına görə, Ruhi Əliyeva “news24”ə müsahibəsində bildirib ki, adıçəkilən qurum tərəfindən onun gördüyü işlərə heç bir dəstək göstərilmir:

“Bilirsinizmi, mən bu məsələlərdə kimisə günahlandırmaq istəmirəm. Təbii ki, mənim də o qurumdan gözlədiyim bəzi məsələlər var idi ki, onları görmədim. Hətta tədbirlərimizə dəvət etdik, ötən il tədbirimizə gənc bir nümayəndə göndərmişdilər. Əgər bizim kimi vətəndaşlar bu layihələri edir, çiynimizi bu yükün altına veririksə, çox istərdim ki, onlar da lazımi dəstək versinlər”.

Ruhi Əliyeva əlavə edib ki, onun təqdim etdiyi sosial layihələri əslində Komitənin özü etməlidir:

“Bu, bilavasitə onların işidir, bizim işimiz deyil. Bizi dəstəkləmək və alqışlamaq lazım idi, nəinki kənarda dayanmaq. Və təbii ki, mənim incikliklərim də var”.

Qeyd edək ki, Ruhi Əliyeva tez-tez qadına qarşı şiddətə son, qadın zorakılığı və qadınlarla bağlı digər məsələlərə aid sosial layihələr həyata keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031