atatv.az
atatv.az

Məleykə Abbaszadədən imtahanlarda iştirak qiymətlərinin baha olması məsələsinə MÜNASİBƏT

18-12-2019, 16:40

Məleykə Abbaszadədən imtahanlarda iştirak qiymətlərinin baha olması məsələsinə MÜNASİBƏT

Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul imtahanları üçün ikinci şansı istifadə etmək istəyənlər var və bunun üçün də abituriyent ödəniş etməlidir:

“İmtahanları və nəticələri araşdırmaq, onu həyata keçirmək üçün çoxlu sayda işçi qüvvəsi və texniki qurğuya ehtiyac olur. Bu baxımından imtahanların qiymətləri o qədər də yüksək deyil”.

M.Abbaszadə qeyd edib ki, imtahanın qiyməti onun keçirilməsinə sərf olunan vəsaitdən asılıdır:

“Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qəneedivi olmadığını deyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031