atatv.az
atatv.az

Seçki məntəqəsində İNSİDENT: Polis çağırıldı

23-12-2019, 16:12

Seçki məntəqəsində İNSİDENT: Polis çağırıldı

Mərkəzi Seçki Komissiyasına seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmayıb. Amma sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var və həmin məlumatlar araşdırılır.

Demokrat.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, Neftçalada 61 saylı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət edilib:

"Məntəqə bununla bağlı dairə seçki komissiyasına müraciət edib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə,polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz də araşdırma aparırıq. Cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda biz əraziyə öz nümayəndəmizi göndərərək hadisə yerində araşdırma aparırıq. araşdırırıq. Digər bir halın Bakının Sabunçu dairələrindən birində olduğu qeyd olunur. Oradan verilən məlumatlarda belə təəsürat yaradılır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu,tamamilə əsası olmayan iddiadır".

M.Pənahov əlavə edib ki, Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir.Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, onun harada yaşaması daha vacibdir:

"Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayırlar. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o həmin məntəqədə səs veribsə, bu artıq araşdırılmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930