atatv.az
atatv.az

Bakı polisi açıqlama yaydı: Yasamaldakı silahlı insidentlə bağlı saxlanılan var

23-12-2019, 17:35

Bakı polisi açıqlama yaydı: Yasamaldakı silahlı insidentlə bağlı saxlanılan var

Dekabrın 22-də gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində, əvvələr məhkum olunanlar - 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

Bu barədə Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Anews.az-a bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930