atatv.az
atatv.az

Səsvermə başa çatdı

23-12-2019, 19:35

Səsvermə başa çatdı

Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin səsvermə mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, saat 19:00-da seçki məntəqləri bağlı elan edilib. Hazırda məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq. Məntəqə seçki komissiyaları yekun protokol hazırlayıb onu DSK-lara göndərəcək.

Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilib. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib. Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub. Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara biliblər. MSK gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00-da məlumatlar açıqlayıb. Hələlik sonuncu hesabat saatına (19:00) dair məlumat açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930