atatv.az
atatv.az

Tanınmışlardan kim seçildi? — İlkin siyahı

24-12-2019, 11:24

Tanınmışlardan kim seçildi? — İlkin siyahı

Ötən gün keçirilən bələdiyyə seçkilərində ilkin nəticələr artıq Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Oxu24.com xəbər verir ki, MSK sədrinin sözlərinə görə, artıq məntəqələrin 90,24 faizi üzrə nəticələr müəyyənləşib. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır.

Qeyd edək ki, bələdiyyə üzvlüyü uğrunda mübarizəyə qatılanlar arasında tanınmış şəxslər də var. Hazırda onların üzv seçilib- seçilmədiyi maraq doğurur.
Həmin tanınmış şəxslərdən biri də ictimai fəal Vəfa Nağıyeva idi. MSK-nın bazasında yerləşdirilən məlumata əsasən, V. Nağıyeva Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsinə 113 səslə üzv seçilib.

"Azadinform” saytının baş redaktoru Niyaz Niftiyev də Binəqədi qəsəbəsinin bələdiyyəsinə üzv seçilənlərdəndir. O, seçicilərin 3486 səsini toplayıb. Hazırkı nəticəyə əsasən liderdir.

31 saylı Suraxanı seçki dairəsindən Qaraxaçuxur bələdiyyəsinin üzvlüyünə namizəd olan bloqqer Mehman Hüseynovun adı isə açıqlanan ilkin siyahıda yoxdur.

Həmçinin Binəqədi qəsəbəsi bələdiyyəsinin üzvlüyünə namizəd olan gənc fəal Rəbiyyə Məmmədovanın da adı MSK-nın ilkin nəticələrində yer almayıb.

Qeyd edək ki, hazırda maraq doğuran üzvlərdən əlavə, bələdiyyə sədrlərinin necə seçilməsidir. Bu məsələ "Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsinin 3-cü bəndinə əsasən tənzimlənir. Belə ki, bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Əgər ehtiyac olarsa, bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930