atatv.az
atatv.az

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24-12-2019, 14:52

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930