atatv.az
atatv.az

İntihar edən məmurun 25 gün öncə toyu olubmuş - TƏFƏRRÜATLAR

25-12-2019, 12:03

İntihar edən məmurun 25 gün öncə toyu olubmuş - TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş zabiti Rəvan Nəsibov kirayə yaşadığı mənzildə damarlarını kəsərək intihar edib.

Atatv.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəvan Nəsibov yeni ailə həyatı qurubmuş. O, ötən ayın 30-da özünə Bakıda yerləşən "Təbrik” restoranında toy edib. Anasını uşaq ikən itirən Rəvan Nəsibovun atası da keçmiş hərbçidir. Mərhumun qardaşı hazırda hərbi xidmətdədir.

Yaxınlarının verdiyi məlumata görə, R.Nəsibov hamı ilə mehriban ünsiyyətdə olub. Buna görə 25 gün öncə özünə toy edən 31 yaşlı zabitin hansı səbəbdən intihar etdiyi təəccüblə qarşılanıb.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi R.Nəsibovun ilk iş yeri olub. O, bu qurumda 2 il öncə işə başlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930