atatv.az
atatv.az

Bakıda sərnişin dolu marşrut avtobusunda yanğın - RƏSMİ AÇIQLAMA

25-12-2019, 13:44

Bakıda sərnişin dolu marşrut avtobusunda yanğın - RƏSMİ AÇIQLAMA


Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, dekabrın 25-də saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) "Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

Yanğına sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930