atatv.az
atatv.az

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var - FOTO

27-12-2019, 08:46

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var - FOTO
Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub.

95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. Hadisənin baş vermə səbəbi hələ açıqlanmayıb.

İlkin ehtimal olaraq bildirilib ki, təyyarə havaya qalxarkən hündürlüyü itirib və beton hasarın arasından keçib. İkimərtəbəli bina ilə toqquşma olub. Dərhal xilasetmə işlərinə başlanılıb, yanğın baş verməyib. İlkin məlumata görə, 9 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin məlumatına görə, xəsarət alanlar arasında 6 uşaq da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930