atatv.az
atatv.az

Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçünü onun çağırışını qəbul etdi - Foto

27-12-2019, 13:30

Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçünü onun çağırışını qəbul etdi - Foto

Rusiyanın qarışıq döyüşlər üzrə idmançısı Aleksandr Yemelyanenko Çeçenistan rəhbəri Ramzan Kadırovun rinqə çıxmaq çağırışını qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, Yemelyanenko bu barədə "Istagram" hesabında məlumat verib. Döyüşə çıxmağa hazır olduğunu bildirən idmançı qarşılaşma üçün vaxt və yer seçməyi çeçen liderə buraxıb.

Qeyd edək ki, Ramzan Kadırov dekabrın 21-də Aleksandr Yemelyanenko ilə döyüşmək arzusunu dilə gətirib və onu rinqə çağırıb. Kadırov eyni zamanda qalib gələcəyinə inamından da söz açıb. Yemelyanenko Kadırova məxsus "Axmat" döyüş klubunda məşqlərdə iştirak edib.

Xatırladaq ki, 2015-ci ildə məşhur Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən "Qorxunc döyüş" beynəlxalq turnirinə fəxri qonaq qismində dəvət edilmişdi.

Çeçenstana səfəri zamanı Azərbaycan döyüşçüsü Ramzan Kadırov ilə görüşmüş və onunla sparrinq-döyüş keçirmişdi. Döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutmuşdu.
Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçünü onun çağırışını qəbul etdi - Foto
Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçünü onun çağırışını qəbul etdi - Foto
Ramzan Kadırov rinqə çıxır - Məşhur döyüşçünü onun çağırışını qəbul etdi - Foto

Yenisabah.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930