atatv.az
atatv.az

Evini sığortalatdırmayan vətəndaşlar cərimələnəcəklər

27-12-2019, 14:00

Evini sığortalatdırmayan vətəndaşlar cərimələnəcəklər

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanmasına nəzarət gücləndiriləcək. Evini sığortalatdırmayan vətəndaşlar cərimələnəcək.

Milli.Az bildirir ki, məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Rəşad Əhmədov - İcbari Sığorta Bürosunun icraçı direktoru: "Hal-hazırda Azərbaycanda önəmli bir hissəsinin sığortası olmayan milyonlarla daşınmaz əmlak var".

Evlərin icbari qaydada sığortalanması qanunvericilikdə də var. Məcburi şəkildə tətbiq edilməməsi isə bu prosesin elektronlaşmaması ilə bağlı idi. Bu ilin sonunda elektronlaşma prosesi başa çatacaq və yoxlamalar bu üsulla aparılacaq.

Rəşad Əhmədov - İcbari Sığorta Bürosunun icraçı direktoru: "Elektronlaşmanın tamamlanması və elektronlaşmanın həyata keçməsi buna yol açacaq ki, nəzarətedici qurum artıq bir kompüter ekranından kimin sığortasının olub, kimin olmadığını görə biləcək. Bir-bir evlərin sığortasının olub-olmadığını yoxlamağa ehtiyac qalmayacaq".

Bakıda və Abşeronda 50 manat müqabilində 25000 manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20000 manatlıq, digər yaşayış məntəqələrində isə 30 manat müqabilində 15000 manatlıq paket əldə etmək mümkün olacaq.

Xəyal Məmmədxanlı - Ekspert: "Bu sığorta sizə ən geniş təminatları verir. Yəni bunun içində yanğın, ildırım, partlayış, qısaqapanma məsələsi, təbii fəlakətlər və təbiət hadisələri, boruların partlaması, qonşunun başınıza su axıtması kimi ən geniş yayılan təminatlardan biri var".

Əgər vətəndaşın günahı ucbatından qonşunun əmlakına ziyan dəyərsə, yəni bir evdə yanğın baş verib, digərinə keçərsə, bu halda qonşunun zərərini ödəyən sığorta şirkəti həmin məbləği birincidən tələb edə bilər. Bu haldan sizi məsuliyyət sığortası qoruya bilər.

Xəyal Məmmədxanlı - Ekspert: "Həm öz əmlakınızı, həm də öz məsuliyətinizi sığorta edə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, mən əmlakımı sığortalayıram 50 manata üstəlik 20 manat da pul ödəyirəm ki, mənə 50 min manatlıq məsuliyyət sığortası versin. Bu, o deməkdir ki, sizin qonşuya da vurduğunuz ziyana görə 50 min manatlıq məsuliyyətinizi də yenə sığorta şirkəti öz üzərinə götürə bilər".

Bəs qeydiyyatsız evlərlə bağlı vəziyyət necə olacaq? Məlumata görə, təkcə Bakı şəhərində təxminən 600000 sənədsiz ev var.

Ruslan Atakişiyev - İqtisadçı: "Həmin mənzillər sığortalana bilmirlər, çünki onların sənədləri yoxdur. Amma məsələnin həlli bundan ibarətdir ki, ümumiyətlə, həmin ərazidə kupçasız evlərlə bağlı konkret proqram hazırlanıb həlli variantları üzərində işlər görülməlidir".

Ekspertərin sözlərinə görə, sənədsiz evlərin sığortalanması risk olduğundan, bu riski heç bir sığorta şirkəti öz üzərinə götürməyəcək.

Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031