atatv.az
atatv.az

Müdafiə naziri Ali Hərbi Məktəbinin yataqxanasının açılışında iştirak edib

28-12-2019, 12:32

Müdafiə naziri Ali Hərbi Məktəbinin yataqxanasının açılışında iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə nazirliyin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni kursant yataqxanasının açılışını ediblər.
Müdafiə nazirinə məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930