atatv.az
atatv.az

Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək

28-12-2019, 13:45

Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək


















İllər öncə respublikamızın əsas problemlərdən biri, bəlkə də lap birincisi ölkəmizin nəqliyyat sektorunda əmələ gələn özbaşınalıqların varlığı idi. Çünki, istər şəhərdaxili, istərsə də digər şəhər və rayonlara hərəkət edən nəqliyyat vasitələrinin qayda-qanuna söykənmədən fəaliyyət göstərmələri, hətta gediş haqqı qiymətinin tez-tez dəyişməsi və s. kimi halların varlığı, kütləvi narazılıq hissinin baş qaldırması ilə nəticələnirdi. Elə ki, bu sahədə qayda-qanunun bərpa olunması, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının tikintisi haqqında qərar qəbul olundu, o halda hər kəsin ümidi birəbeş artdı. Bəli, büdcədən ayrılan vəsaitlər hesabına inşaası həyata keçirilən, sakinlərin hər cür rahatlığının təmin olunması məqsədilə tikintisi çoxdan başa çatdırılmış avtovağzal binası, bu gün ölkəmizin ən strateji əhəmiyyət kəsb edən sahələrindən biri hesab olunur. Düzdür, itismara verildiyi vaxtdan xeyli müddət keçib və ötən illər ərzində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalına məxsus müəyyən problemlər də əmələ gəlmişdi. Bir müddət bundan öncə isə, avtovağzal ərazisinin yenidən qurulması hər kəsin ürəyincə oldu. Bu gün hər kəs şahiddir ki, bu sahədə atılan addımlar, yalnız və yalnız sakinlərin rahatlığının təmin olunması məqsədilə atılır. Bir-iki gün bundan öncə qeyd olunan ərazidə olmağımız və bəzi sərnişinlərlə etdiyimiz fərdi söhbətlər onu sübut etdi ki, avtovağzalın rəhbərliyi, bu gün bu sahədə əmələ gəlmiş hər cür problemi aradan qaldırıb. Elə ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında səlahiyyət sahibi olan bəzi şəxslərlə görüşdük, o halda bilmədiklərimizlə də bağlı lazımi məlumatlar əldə edə bildik. Ümumi söhbət zamanı o da vurğulandı ki, qarşıdan gələn bayram günləri ilə bağlı rəhbərlik lazımi tapşırıqlarını verib. Yəni, sakinlərin bayram günlərində digər şəhər və rayonlara üz tutacaqları səbəbindən müəyyən sıxlığın əmələ gələcəyini nəzərə alaraq, əvvəlcədən hazırlıq işlərinin görülməsi yöndə addımını atıb. Belə ki, bayram günlərində rayon və şəhərlərarası sərnişindaşıma xidmətində problem yaşanmaması üçün, əlavə avtobuslar xətlərə buraxılacaq, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin əməkdaşları ilə bərabər, sürücülər də gücləndirilmiş iş rejimində çalışacaqlar. Başlıca məqsəd, öncədən qeyd etdiyimiz kimi, hər bir sakinin mənzil başına rahat çatmalarını təmin etməkdir.
Atılan addımların varlığı bir daha onu sübut edir ki, adı çəkilən bu qurumun rəhbərliyi üzərinə düşən vəzifənin məsuliyyətini dərk edən, eyni zamanda hər sərnişinin problemini öncədən həll etməyə çalışan vəzifə sahibidir. Öncədən onu da qeyd etdik ki, bir müddət bundan öncə rəhbərliyin nəzarəti altında avtovağzalın perron ərazisində izolyasiya qatı tam bərpa olundu, kompleksin binasının işıqlandırılmasının təkmilləşdirilməsi və dam örtüyünün yenilənməsi istiqamətində lazımi işlər görüldü. Bundan əlavə, kompleksin zirzəmisi bərpa olundu, ərazidəki qrunt sularının təmizlənməsi prosesi başa çatdırıldı. Sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilməsi üçün, Kompleksdə müxtəlif təyinatlı infrastrukturlar – hotel, ticarət, ictimai iaşə müəssisələri, müxtəlif xidmət sahələri və s. fəaliyyət göstərməkdədir. Danılmaz faktdır ki, gündəlik yüzlərlə yerli və xarici vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinin xidmətlərindən istifadə edir ki, onların təhlükəsizliyinin təmin olunması istiqamətində lazımi addımlar da atılır.
Əldə etdiyimiz bəzi məlumatlara görə, rəhbərlik Kompleksin ərazisində atılan hər bir addımı gündəlik nəzarətində saxlayır, hansısa problem əmələ gələrsə dərhal problemin aradan qaldırılması yöndə lazımi tapşırığını da verir.


Hazırladı: “AtaTv.az” xəbər portalının rəhbəri Rasafil Bayramov
Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək
Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək
Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək
Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək
Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək
Bayram günlərində sərnişinlərə nümunəvi xidmət göstəriləcək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031