atatv.az
atatv.az

Dünya bir meyxanədir!.. (Yeni İl meyaxanəsi)

30-12-2019, 12:19

[b]Namiq Atabəyli (-Ata Şirvani)
( E-mail: [email protected])
Dünya bir meyxanədir!.. (Yeni İl meyaxanəsi)
















Bir muğ evidi, meykədə-meyxanədi dünya,
Meynab içənə əldəki peymanədi dünya!

Pürxuni-ləbindir sənin, ey şuxi, məlalım,
Düşmüş ayağın altına bax piri-kəmalım.
Zülfün kimi hey dövrə vurur göydə xəyalım.
Bir muğ evidi, meykədə-meyxanədi, dünya!
Meynab içənə əldəki peymanədi dünya!

Könlüm təzə mey istəyir ol xun dodağından,
Bülbül ürəyim qan ola gülgün dodağından.
Az eylə, gözəl, könlümü sürgün dodağından,
Bir muğ evidi, meykədə-meyxanədi, dünya!
Meynab içənə əldəki peymanədi dünya!

Mey süz mənə, saqi, yenə meyxarələr içrə,
Meydir yanan hər dərdimə qəmxarələr içrə,
Meydən savayı çarəmi var çarələr içrə?!
Bir muğ evidi, meykədə-meyxanədi, dünya!
Meynab içənə əldəki peymanədi dünya!

Ey vaizi-dun!.. Üqbada qəlladə yerin var!
Ey sağəri-dust, cənnəti-əladə yerin var!
Mey iç, ey Ata, hər iki dünyada yerin var!
Bir muğ evidi, meykədə-meyxanədi, dünya!
Meynab içənə əldəki peymanədi dünya!

Bakı-2019
AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031