atatv.az
atatv.az

Azərbaycan əhalisinə Yeni illə bağlı ŞOK XƏBƏRDARLIQ - VİDEO

29-12-2019, 11:44

Azərbaycan əhalisinə Yeni illə bağlı ŞOK XƏBƏRDARLIQ - VİDEO

2 nəfərin ölümü və bir neçə nəfərin "Chivas Regal 12" əmtəə nişanlı spirtli içkidən istifadə zamanı zəhərlənməsindən sonra Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, aşkar olunan faktlar təhlükənin nə qədər ciddi olduğunu ortaya çıxarıb.
Agentliyin həyata keçirdiyi tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbarda "Chivas Regal 12" ilə yanaşı bir neçə viski, tekila, konyak, araq və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.
Eyni zamanda, Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş "Chivas Regal 12" sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək, insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.
Agentlik xüsusi ilə də bayram günlərində spirtli içki alıb istifadə edən vətəndaşlara xəbərdarlıq edib:
"Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər", - deyə qurumdan bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031