atatv.az
atatv.az

"Azərenerji" gücləndirilmiş iş rejiminə keçir

30-12-2019, 12:48

"Azərenerji" gücləndirilmiş iş rejiminə keçir

Bayram günləri ilə əlaqədar olaraq "Azərenerji" ASC gücləndirilmiş iş qrafikində çalışacaq.

Bu barədə Atatv.az "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, bayram günlərində enerji sistemin dayanıqlığı üçün qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mərkəzi aparat üzrə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib.

Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930