atatv.az
atatv.az

ABŞ məhkəməsindən BİABIRÇI QƏRAR: Türk diplomatını öldürən ASALA üzvü azadlığa buraxıldı

30-12-2019, 13:12

ABŞ məhkəməsindən BİABIRÇI QƏRAR: Türk diplomatını öldürən ASALA üzvü azadlığa buraxıldı

ABŞ-ın Kaliforniya ştatında keçirilən məhkəmə 1982-ci ildə Türkiyənin Los Ancelesdəki konsulunu qətlə yetirən ASALA üzvü Hampiq Sasunyanın azadlığ buraxılması barədə müraciətinə müsbət cavab verib.

Modern.az xəbər verir ki, ömürlük həbs cəzası alan Sasunyanın azadlığa buraxılması məsələsi bir neçə dəfə qaldırılsa da, məhkəmə tərəfindən rədd edilmişdi. İttiham aktı 1982-ci il yanvarın 28-də konsul Kamal Arıkanın qətlinin Sasunyan tərəfindən milli nifrət zəmnində törədilməsini sübut etmişdi.

Türkiyə XİN-i qərarı pisləyib və ASALA üzvünün azadlığa çıxmasının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edəcəyini açıqlayıb.

Hampiq Sasunyan 1963-cü ildə Livanın paytaxtı Beyrutun erməni məhəlləsində anadan olub. ASALA üzvü olan Sasunyan 1982-ci il yanvarın 28-i saat 9:40-da Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanı Uilşir bulvarında olarkən maşınında güllələmişdi. O vaxtı ABŞ prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandırmışdı.
2006 və 2010-cu illərdə Hampiq Sasunyanın həbsdən çıxamq üçün müraciətləri Kaliforniya məhkəmələri tərəfindən rədd edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930