atatv.az
atatv.az

Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq - FOTO

30-12-2019, 14:01

Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq - FOTO

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur.

31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

Qeyd edim ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.



Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq - FOTO
Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq - FOTO
Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930