atatv.az
atatv.az

Bayramla bağlı hərbi hissələrdə “Açıq qapı” günü keçirildi .

31-12-2019, 09:13

Bayramla bağlı hərbi hissələrdə “Açıq qapı” günü keçirildi .

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Qonaqlar üçün müxtəlif döyüş texnikası və silahların nümayişi də təşkil olunub.

Müdafiə naziri, nazir müavinləri, qoşun növü komandanlarının iştirakı ilə keçirilən “Açıq qapı günü”ndə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib, bayram sovqatları təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930