atatv.az
atatv.az

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

4-01-2020, 15:55

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla iqtisadi əməkdaşlığı özündə ehtiva edən protokolu təsdiqləyib.

Oxu.Az-ın xəbərinə görə, R.T.Ərdoğanın təsdiq etdiyi sənəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokoludur.

Qeyd edək ki, 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib.

İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.

Həmçinin, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib.

Qeyd edək ki, protokolu Azərbaycanın həmin dövrdə Baş naziri olan Novruz Məmmədov (artıq keçmiş Baş nazir) və Türkiyənin vitse-prezidenti Fuat Oktay imzalamışdılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930