atatv.az
atatv.az

Polis maşını qəzaya uğradı

4-01-2020, 17:03

Polis maşını qəzaya uğradı

Bu gün Yol Patrul Xidməti əməkdaşlarının qəzaya düşməsi haqqında Baş Dövlət Yol Polisi araşdırma aparır.

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə səhər saat 11-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının 99 YP 870 dövlət nömrə nişanlı avtomobili hava şəraiti ilə əlaqədar idarəetməni itirib. Patrul maşını Hacıqabul istiqamətində yol kənarındakı maneələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Araşdırma aparılır.


Bakı-Qazax yolunda polis maşınının yoldan çıxması nəticəsində qəza olub.

Modern.az-ın məlumatına görə, qəza hadisəsi magistral yolun Hacıqabul rayonundan keçən hissəsində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. Maneələrə çırpılan polis maşını yararsız hala düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930