atatv.az
atatv.az

“Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü

7-01-2020, 13:48

“Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü

Xəbər verdiyimiz kimi, ötən il Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb. Noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti dünən axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb.
“Yeni Sabah” xəbər verir ki, azərbaycanlı məşhurlar da bu dəhşətli hadisəyə səssiz qalmayıb. Ötən ildən bəri Nərminin axtarışında olan teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşım edərək göz yaşı töküb: “Nərmin, sənin axtarışına çıxarkən bilirdim ki, sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım, deyirdim, bəlkə də sağ tapılacaqsan. Əlimdən gələni etdim, böyüdüyün evi, ətrafını, gəzdiyin küçələri gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Həftələrlə iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm. Düşünürdüm, möcüzə olar, sən zəng edərsən, “Məni xilas edin” deyərsən. Olmadı, Nərminim, olmadı, xınalı quzum. Məni bağışla, səni sağ tapa bilmədim. Məni bağışla, sən öldürülərkən fəryadına yetişə bilmədim. Məni bağışla, sızlayan yaralarına məlhəm ola bilmədim, bala.

Gecə 01:47-dir, mən hələ də yata bilmirəm, səni öldürdükləri - yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, o an kimi çağırdın? O balaca ürəyin yaşadığın dəhşətə necə dözdü? Dözə bilmirəm bu acıya, göz yaşları ilə bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla, cənnət quşum, mələyim, Nərminim…”

İfaçı Sabina Selcan da Nərminin fotosunu paylaşaraq, cinayətkarın tapılmasını tələb edib: “Səhər tezdən paylaşımları gördüm bütün vücudum sızladı. Gözümü yumub təsəvvür etdim, ürəyim qan ağladı, can, Nərmin bala. Günahsız mələyim, kim bilir nə əziyyət verdi o vicdansız, şərəfsiz sənə. Allahım, sən özün bilənsən, görənsən… O şərəfsizin ermənidən nə fərqi? Bütün aidiyyatı orqanlara üzümü tutub xahiş edirəm, qısa zamanda o biqeyrət tapılsın. O vəhşi cəzasını çəksin! Hələ 10 yaşı var idi, niyə qoymadın həyatın dadını görsün, ay şərəfsiz?!”

Aktyor Sərxan Kərəmoğlu bu əməli törədənlərə lənət oxuyub: “Allah lənət etsin, başqa heç nə deyə bilmirəm. Baxarsınız, indi bu işin altından kimlər çıxacaq. Xoşqədəm Baxşəliyeva bir həftə keçdi, üstüörtülü dedi, amma təəssüf ki, anlayan olmadı”.

Teleaparıcı Murad Əzimzadə də hadisəyə susmayanlar arasında yer alıb: “İfadəsi mümkünsüz ağrı və acıdır. İnsanlıq adına utancdır. Vicdanın, adamlığın öldüyü andır. Tovuzda 10 yaşlı Nərmin noyabr ayından itib və dünən yanmış halda meyiti tapılıb. Bu paylaşımı uşaq zorakılığı və ölümlərinə son deyərək, bütün hiss və duyğularımla paylaşıram. İnşallah, yaxın zamanda cinayəti törədənlər aşkarlanar və ən ağır cəzanı alarlar! Nərminlər ölməsin deyə, susma!”

Qeyd edək ki, hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031