atatv.az
atatv.az

Neftin qiyməti 150 DOLLAR olacaq - PROQNOZ

7-01-2020, 15:36

Neftin qiyməti 150 DOLLAR olacaq - PROQNOZ

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib.

KONKRET.AZ “İndependent”ə istinadən xəbər verir ki, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək.

Məlumata görə, neftin qiymətinin qalxması dünya iqtisadiyyatına zəncirvari təsir göstərəcək ki, bu da istehlakçılar üçün geniş çeşiddə malların qiymətinin qalxmasına səbəb olacaq.

Beynəlxalq ekspertlərə görə, Tehran dünya neft daşımalarının beşdə biri düşən Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930