atatv.az
atatv.az

Azərbaycanda bu NAZİRLİK LƏĞV EDİLDİ

8-01-2020, 09:49

Azərbaycanda bu NAZİRLİK LƏĞV EDİLDİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlər həll olunmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930