atatv.az
atatv.az

Azərbaycan təyyarələrinin İran üzərindən uçuşları dayandırıla bilər - Açıqlama

8-01-2020, 14:16

Azərbaycan təyyarələrinin İran üzərindən uçuşları dayandırıla bilər - Açıqlama

Qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır.

P. Kəsəmənski Azərbaycan təyyarələrinin İran üzərindən uçuşların dayandırıla biləcəyinə də aydınlıq gətirib. O bildirib ki, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası Amerika mülki təyyarələrinin İraq, İran əraziləri, Fars və Oman körfəzləri suları üzərindən uçmasına qadağa qoyub. Həmçinin, “Singapore Airlines” aviaşirkəti İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra təyyarələrinin İran üzərindən uçmasını qadağan edib. Aviaşirkətin bəyanatında deyilir ki, təyyarələrin İran hava məkanından yan keçməklə Avropaya və əksinə, Avropadan uçmasına dair qərar qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930