atatv.az
atatv.az

Millimizin oyunçusu klubunu dəyişdi, gileyləndilər - RƏSMİ

11-01-2020, 17:33

Millimizin oyunçusu klubunu dəyişdi, gileyləndilər - RƏSMİ

Millimizin hücumçusu Rüfət Dadaşov Almaniyanın "Proyssen" komandasını tərk edərək ABŞ çempionatına yollanır.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, karyerasını ikinci liqa təmsilçisi "Feniks Rizinq"də davam etdirəcək. Futbolçunun xahişinə əsasən, "Proyssen" rəhbərliyi keçidin detallarını açıqlamayacaq.

Münster təmsilçisinin direktoru Malte Metselder klubun rəsmi saytına açıqlamasında Rüfətdən gileyini gizlətməyib. O, 28 yaşlı futbolçunun artıq "Proysen"də oynamaq istəmədiyini bildirib:

"Bizə bu vəziyyətdə qeyd-şərtsiz komandaya xidmət edən və klubun hədəflərinə yüz faiz sadiq qalan futbolçular lazımdır. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi maraqlarını komanda yoldaşlarından ön plana çıxarır".

Xatırladaq ki, Dadaşov 2018-ci ilin yayından üçüncü bundesliqa təmsilçisi "Proyssen"ə transfer olmuşdu. O, ötən mövsüm 32 oyuna 8, bu mövsüm isə 20 oyuna 6 qol vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930