atatv.az
atatv.az

Sosial şəbəkədə yayılan video ilə bağlı - Səhiyyə Nazirliyindən açıqlama

11-01-2020, 17:49

Sosial şəbəkədə yayılan video ilə bağlı - Səhiyyə Nazirliyindən açıqlama


Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatları münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

"Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, - Nazirlikdən qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930