atatv.az
atatv.az

Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

13-01-2020, 17:08

Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Intime.az xəbər verir ki, dünən polis polkovniki Vaqif Əsədovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb.

Ümumilikdə İdarənin bütün zabit heyəti nazir Vilayət Eyvazovun əmri ilə sərəncama götürülüb. Sərəncama götürülən şəxslər arasında Vaqif Əsədov da var.

Lakin bu, V.Əsədovun işdən azad edilməsi anlamına gəlmir. Belə ki, bu gün Vaqif Əsədov BŞDYPİ adından yağmurlu hava ilə bağlı açıqlama verib. Sərəncamda olsa da, o, işini davam etdirir.

Məsələylə əlaqədar Bizimyol.info saytına açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov da yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Hamı sərəncama götürülb deyirsiniz. Bəs bu yollarda xidməti vəzifəsini yerinə yetirən polislər deyilmi? Bu məlumatlar doğru deyil. Xəbərlərin hardan qaynaqlanması barədə məlumatım yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031