atatv.az
atatv.az

Zelenski xanımını vəzifəyə təyin edib

14-01-2020, 12:12

Zelenski xanımını vəzifəyə təyin edib

Ukrayna Prezidenti sərəncam imzalayıb



Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskayanı “Bədii arsenal” Milli Mədəniyyət Mərkəzi və Muzey Kompleksinin inkişafı məsələləri üzrə şuranın tərkibinə təyin edib.



Qafqazinfo xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında yazılıb. Daha əvvəl şuranın həmsədri sabiq prezident Petro Poroşenkonun xanımı Marina Poroşenko, müşaviri administrasiyanın keçmiş rəhbəri Boris Lojkin olub. Zelenskinin daha bir sərəncamı ilə bundan sonra həmsədr vəzifəsini Mədəniyyət, gənclər və idman naziri Vladimir Boroyanski, katib vəzifəsini “Bəddi arsenal”ın baş direktoru Alesya Ostrovskaya-Lyutaya yerinə yetirəcək.



Yelena Zelenskaya isə şuranın 14 üzvündən biri olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031