atatv.az
atatv.az

Ən az və ən çox deputatlığa namizəd qeydə alınan dairələr - SIYAHI

15-01-2020, 14:44

Ən az və ən çox deputatlığa namizəd qeydə alınan dairələr - SIYAHI

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin 50 %-dən çoxunun namizədliyi qeydiyyata alınıb.


Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına istinadən xəbər verir ki, parlament seçkilərində namizədlik üçün 2431 nəfər müraciət edib. Artıq 1279 nəfərin namizədliyi qeydə alınıb.


Hazırkı nəticəyə görə, səkkiz seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı qeydə alınıb. Bunlar 1 saylı Şərur-Sədərək, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək, 7 saylı Ordubad-Culfa, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz şəhər, 105 saylı Tovuz seçki dairələridir.


1 və 3 saylı dairənin hər birindən namizədliyi irəli sürülən 3 nəfər qeydə alınıblar. 5 saylı dairədən 4 nəfər, 6 saylı dairədən 5 nəfər, 7 saylı dairədən 4 nəfər, 53 saylı dairədən 18 nəfər, 55 və 105 saylı dairələrin hər birindən 9 nəfər namizədliyi irəli sürülən şəxslər artıq qeydə alınıblar.


Deputatlığa namizədlərin ən çox qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930