atatv.az
atatv.az

Seçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılır

16-01-2020, 09:47

Seçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılır
Seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi bu gündən başlayır.

Atatv.az -ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 24-3 gün qalanadək, yəni 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.

Dairə seçki komissiyaları tərəfindən seçiciyə müvafiq qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi yanvarın 15-də başa çatır, 16-dan isə məntəqə seçki komissiyaları tərəfindən verilməsi başlanılır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. //Trend.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031