atatv.az
atatv.az

Bakıda dəhşətli hadisədə ölən şəxs nazirlik əməkdaşıdır - TƏFƏRRÜAT

16-01-2020, 13:17

Bakıda dəhşətli hadisədə ölən şəxs nazirlik əməkdaşıdır - TƏFƏRRÜAT


Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olması məlum olub.

Atatv.Az xəbər verir ki, qəsəbədə yerləşən "Rəşad" yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb./Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031