atatv.az
atatv.az

Yasəmən Qəyyumova – Həyatı və fəaliyyəti

17-01-2020, 21:20

Yasəmən Qəyyumova – Həyatı və fəaliyyəti

















Qəyyumova Yasəmən Müslüm qızı 1974-cü ildə İmişli rayon Qaraqaşlı kəndində anadan olub. 11 illik məktəb təhsilini əla qiymətlərlə başa vurub. Gəncə Müəllimlər institutunun ibtidai sinif müəllimi peşəsinə yiyələnib. İlk şeirlər kitabı da tələbəlik illərində çap olunub. O, müəllimlik fəaliyyətini öz doğma kəndində, Hacırüstəmli kənd Mehman Süleymanov adına orta məktəbdə göstərib.
Qısa müddətdə şagirdlərin və kənd camaatının sevimlisinə çevrilə bilir. Tutduğu vəzifəsini vicdanla yerinə yetirən Yasəmən müəllimə rayon ictimaiyyətinin də böyük hörmətini qazanır.
Yeni təlim metodu olan kurrikulum təlim metodunun tətbiqinə aid respublika üzrə keçirilən konfransda İmişli rayon təhsil şöbəsinin rəhbərliyi tərəfindən göndərilən iştirakçı olaraq iştirak edib və xüsusi yer tutub. Şeirləri nəyin ki, rayon qəzətində, eyni zamanda ölkə daxilində nüfuzlu qəzetlərdə də çap olunub. Yasəmən Qəyyumovanın şairlik istedadı, yazar olması gənc yaşlarında daha aydın görünürdü. O maraqlı məqələlərlə də qəzetlərdə çıxış edirdi. Jurnalistikaya böyük maraq göstərirdi. Onun bu arzusu da zaman-zaman reallaşdı. Ən böyük xobbisi yaxşılıq idi. İnsanların problemlərini öz problemi kimi düşünər və bacardığı qədər onlara köməklik göstərərdi. Bu keyfiyyətlər onu müdrik bir qadına çevirdi.
O, bir çox sahələrdə və ona həvalə olunan vəzifələrdə də sınaqlardan alnı açıq, üzü ağ çıxdı.
2019 cu ilin yanvar ayında keçirilən "Xalqın şairi " yarışmasının qalibi olub. Şeirləri yüzlərlə insan tərəfindən bəyənilir.
Mütamadi olaraq televiziya kanallarında canlı efirlərdə ekspert qismində çıxış edərək müraciət edən insanların problemli məsələlərinin həllində yaxından iştirak edir və bacardığı qədər onlara köməklik göstərir. Minlərlə tamaşaçının sevimlisinə çevrilib.
İcra etdiyi vəzifələr.
İlk peşəsi müəllimlik olub.
2000-2008-ci illərdə İmişli rayonu Hacırüstəmli kənd Mehman Süleymanov adına orta məktəbdə müəllim vəzifəsində çalışıb. Həmin illərdə bir çox elmi yarışlarda iştirak edib, qalib olub. 2012-2014-cü illərdə "Qanun və hədəf " qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 2015-ci ildə "Ədalət yolu” qəzətini təsis edib. 2016-cı ildən "Edaletyolu.az" xəbər portalının təsisçisi və rəhbəridir. 2017-ci ildə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildən "Elillerekomek.az" xəbər portalının təsisçisi və rəhbəridir. 2018-ci ildən "Valideyn himayəsindən məhrum olmuş Yeniyetmə və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai birliyin təsisçisi və sədridir.
Şairə, publisist, bir neçə kitab müəllifidir.
XEYRİYYƏÇİ XANIMDIR.
Ailəlidir, iki övladı var
Azərbaycan xalqının özünəməxsus qədim tarixi, mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli-mənəvi dəyərləri var. Bir Azərbaycan qadını olaraq bu dəyərləri həmişə qoruyub və xalqa öz prizmasından çatdıra bilib.
Ən böyük xəzinə xalq, ən şərəfli yol haqq-ədalət yoludur! Yasəmən Qəyyumova daima xalqını, millətini, vətənini, doğulub boya başa çatdığı elini,obasını sevib. Həmişə haqq - ədalət çarçısı olub.

Fərid Faiqoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829