atatv.az
atatv.az

İranda 1 milyondan çox insan etiraza qalxdı

17-01-2020, 21:36

İranda 1 milyondan çox insan etiraza qalxdı
Yanvarın 17-də cümə namazından sonra Tehran da daxil olmaqla, İranın böyük şəhərlərində kütləvi yürüşlər keçirilib.

Tehran, Təbriz, Urmiya, Yəzd, İsfahan, Şiraz və digər şəhərlərdəki yürüşlərdə ümumilikdə bir milyondan çox insan iştirak edib. Yürüş iştirakçıları İran İslam İnqilabını müdafiə edib və Ukraynaya məxsus təyyarənin vurulması nəticəsində həlak olanların ailələrinə başsağlığı veriblər.
ABŞ əleyhinə şüarlar səsləndirən iştirakçılar qeyd ediblər ki, İran bütün təzyiqlərə baxmayaraq, düşmənləri qarşısında baş əyməyəcək. İran xalqı inqilabı və onun liderini hər zaman müdafiə edəcəklər.
Yürüşlərə dövlət və hökumət nümayəndələri də qatılıblar. (Axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829