atatv.az
atatv.az

Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb

20-01-2020, 17:11

Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıbTürkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının 19 yanvarda efirə gedən verilişi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Veriliş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi ilə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu verilişə “CanAzərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin professoru, tarixçi Halil Balqonaq olublar.

Verilişdə 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparılıb. O günü əks etdirən videoçarx nümayiş etdirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Can Azərbaycan” media şirkəti tərəfindən nəşr edilmiş “Ağla qərənfil ağla” kitabı təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031