atatv.az
atatv.az

Həftərin bu qərarı neft bazarında qiymətləri artırdı

21-01-2020, 10:49

Həftərin bu qərarı neft bazarında qiymətləri artırdı
Liviyanın şərqini idarə edən Xəlifə Həftərın neft ixracı limanlarını bağlaması dünya bazarında neftin qiymətinin artmasına səbəb olub.

Bu barədə Sondakika.com xəbər yayıb.

Xəbərdə bildirilir ki, ölkədə fövqəladə vəziyyət elan edən Liviya Neft Milli Agentliyi günlük istehsalın 1.2 milyon bareldən 400 min barelə qədər azaldığını bildirib.

800 min barellik çatışmazlıq ölkənin hər gün 55 milyon dollar (93,500,000 AZN) itirməsi ilə nəticələnib.

Bundan sonra dünya bazarında “Brent” markalı neftin qiyməti 64.85 dollardan (110 AZN) 66 dollara (112 AZN) qalxaraq 1.7 faiz artıb.

WTI markalı neftin qiyməti 58,54 dolardan (təx. 99 AZN ) 59,66 dolara (təx. 101 AZN) qalxaraq 1,9 faiz artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829