atatv.az
atatv.az

Qorxmaz Hüseynov 28 yanvar 2020-ci il tarixində Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək

21-01-2020, 13:01

Qorxmaz Hüseynov 28 yanvar 2020-ci il tarixində Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 28 yanvar 2020-ci il tarixində Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. 29 yanvar 2020-ci il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Tərtər, 30 yanvar 2020-ci il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Ağdam rayon sakinləri ilə görüşəcək.

Qəbullar Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında, Tərtər Gənclər Mərkəzində və Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Ağcabədi, Laçın, Tərtər və Ağdam rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Atatv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829