atatv.az
atatv.az

Bakıda aptekdə işləyən kişi ilə qadın tutuldu – BU SƏBƏBDƏN

22-01-2020, 16:32

Bakıda aptekdə işləyən kişi ilə qadın tutuldu – BU SƏBƏBDƏN


Bakıda narkotik tərkibli həbləri satan aptek işçiləri tutulub.

Atatv.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd "Tramadol" və 5 ədəd "Prebagalin" həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd "Tramadol", 667 ədəd "Pregabalin", 659 ədəd "T-doll", 246 ədəd "Contramal", 10 ədəd "Tamol XX", 58 ədəd "Royal", 70 ədəd "Lyrica" və 126 ədəd "Regapen" aşkar edilərərk götürülüb.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031