atatv.az
atatv.az

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24-01-2020, 17:45

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

Mətbuatda dərc olunan məlumatların yoxlanılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunla tənzimlənir.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın dəqiqləşdirilməmiş məlumatların yayılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

E.Hacıyevin sözlərinə görə, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var:

“Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslar yarada bilər. Bunu nəzərə alaraq, jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, faktı icimailəşdirməmişdən əvvəl onu aidiyyatı üzrə dəqiqləşdirməlidirlər. Jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdıqları faktı, yaxud “feyk nyus”u rahatlıqla ictimailəşdirirlər.

Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, informasiyanın mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq, sosial şəbəkələrdə ani emosional münasibət - isterika yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829