atatv.az
atatv.az

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd TƏYİN EDİLİB

25-01-2020, 10:48

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd TƏYİN EDİLİB

2019-cu ilin əvvəlindən ölkədə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.

Cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829