atatv.az
atatv.az

Türkiyədə zəlzələ zonasından azərbaycanlı tələbələrin təxliyyəsi başlandı

25-01-2020, 15:59

Türkiyədə zəlzələ zonasından azərbaycanlı tələbələrin təxliyyəsi başlandı



“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb”.

Bunu APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov deyib.

Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycan vətəndaşları olan tələbələr məlumatlandırılıb və onların təxliyəsi üçün avtobuslar ayrılıb.

M. Məmmədiov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan digər Azərbaycan vətəndaşları da bu avtobusların xidmətindən istifadə edə biləcək: “Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş Konsulluğu tərəfindən yardım göstəriləcək”.

M. Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb və tələbələrin geri qayıtması Türkiyə dövlətinin müvafiq məlumatından sonra mümkün olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829